Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi gələn ilin yanvar ayında Brüsseldə keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib.
Dekabrın 4-6-da Bakıda keçirilən Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsini şərh edən səfir qeyd edib ki, danışıqlar məhsuldar olub, dünən də danışıqlar çərçivəsində sektoral məsələlər üzrə videokonfrans keçirilib.
Səfir vurğulayıb ki, Bakıya gələn Avropa İttifaqının nümayəndə heyəti geniş olub və bu, Aİ-nin Azərbaycanla saziş bağlamaq niyyətinin ciddiliyini göstərir.