https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

"Qarabağ" son şansını da itirdi

"Qarabağ" son şansını da itirdi

Bu gün UEFA-nın keçirəcəyi iclasda Avropa Liqasının qrup mərhələsində "Fənərbaxça" klubunu əvəzləyəcək komandanın adına aydınlıq gəlib.

Qol.Az-ın məlumatına görə, pley-off mərhələsində mübarizə dayandıran 30 komandadan yalnız biri bu hüquqa yiyələnib.

Həmin komanda püşkatma zamanı müəyyənləşib. Xüsusi püşkatmada iştirak edən 30 komanda sırasında Azərbaycan təmsilçisi "Qarabağ" klubu da olub. Lakin püşk "Qarabağ"ın üzünə gülməyib və qrupa Kiprin APOEL klubu düşüb.


Avropa Liqasının qrup mərhələsində oynamaq şansı olan komandalar bunlar idi:

"Qarabağ" (Azərbaycan), “Molde” (Norveç), “Spartak” (Moskva, Rusiya), “Aktobe” (Qazaxıstan), “Nordşelland” (Danimarka), “Ştuttqart” (Almaniya), “Astra” (Rumıniya), “Dila” (Gürcüstan), “Kukesi” (Albaniya), “Voyvodina” (Serbiya), “Udineze” (İtaliya),  APOEL (Kipr), “Saint-Etienne” (Fransa), “Tromse” (Norveç), “Petrolul” (Rumıniya), “Partizan” (Serbiya), “Nitsa” (Fransa), “Hafnarfjordur” (İslandiya), “Minsk” (Belarus), “Zalgiris” (Litva), “Nomme Kalyu”(Estoniya), “Paşinq” (Avstriya), “Slask” (Polşa), “Skenderbeu” (Albaniya), ”Feyenord” (Hollandiya), “Qrasshoper” (İsveçrə), “Dinamo” (Tiflis, Gürcüstan), “Jablonec” (Çexiya), “Braqa” (Portuqaliya) və "Az Alkmaar" - "Atromitos" cütünün qalibi. 

Xatırladaq ki, "Az Alkmaar" (Hollandiya) - "Atromitos" (Yunanıstan) matçı stadionda baş verən yanğın səbəbindən yarıda qalıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.