https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

"Azərbaycanla oyundan sonra şansımız xeyli azaldı"

"Azərbaycanla oyundan sonra şansımız xeyli azaldı"

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində bu axşam səfərdə Rusiya ilə qarşılaşacaq İsrail millisinin baş məşqçisi Eli Qutman oyunöncəsi mətbuat konfransı keçirib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis Azərbaycanla oyundan sonra dünya çempionatının final mərhələsinə yüksəlmək şanslarının xeyli azaldığını bildirib:

"Azərbaycanla oyundan sonra şansımız xeyli azaldı. 20 metrdən buraxdığımız qol oyunumuza təsir etdi. Lakin artıq bu oyunu unudub, Rusiya ilə oyuna hazırlaşmalıyıq. Qrupun favoritlərindən birinə qarşı oynayacağıq. Oyunun əhəmiyyətini yaxşı dərk edirik və bu görüşdən sərfəli nəticə ilə ayrılmaq istəyirik".

Qeyd edək ki, Rusiya - İsrail oyunu bu axşam, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.