https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

“Xəzər Lənkəran” üçün tarixi qərar

“Xəzər Lənkəran” üçün tarixi qərar
Xəzər Lənkəran” Avropa Klublar Assosiasiyasına (ECA) üzv qəbul olunub. Lent.az-ın məlumatına görə, bu barədə ECA-nın İsveçrənin Cenevrə şəhərində keçirilən 11-ci Baş Assambleyasında qərar qəbul edilib.
 
Karl-Haynts Rummeniggenin növbəti 2 il müddətinə sədr seçildiyi toplantıda Azərbaycan təmsilçisindən əlavə, İspaniyanın “Atletik” və “Real Sosyedad”, Finlandiyanın TPS və “İnter” (Turku), Yunanıstanın “Atromitos”, Macarıstanın “Honved” və “Videoton”, İrlandiyanın “Şemrok Rovers”, İslandiyanın “Reykyavik”, İsrailin “Makkabi” (Təl-Əviv), İtaliyanın “Udineze”, Qazaxıstanın “İrtış” və “Şaxtyor”, Şimali İrlandiyanın “Krusaders”, Norveçin “Molde”, Rumıniyanın “Vasluy”, Şotlandiyanın “Mozervell” və Sloveniyanın “Olimpiya” klubları da quruma üzv seçiliblər. Bununla da ECA üzvlərinin sayı 214-ə çatıb. Üzvlərdən 105-i fövqəladə, 109-u isə assosiativdir. Onlar 2015-ci ilədək fəaliyyətdə olacaqlar.
 
Qeyd edək ki, hazırda Azərbaycan klublarından 4-ü ECA üzvüdür. Daha öncə “Neftçi”, AZAL və “Bakı” da bu siyahıya daxil edilib. “Neftçi” digər klublarımızdan fərqli olaraq, fövqəladə üzv statusuna malikdir.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.