Hindistan Xarici İşlər Nazirliyi ölkənin Pakistandakı səfirini müvəqqəti geri çağırıb.
Trend-in məlumatına görə, qərar ötən gün Cammu və Kəşmirdə baş vermiş terror aktı ilə əlaqədardır.
Qeyd olunur ki, səfir məsləhətləşmələr üçün qeyri-müəyyən müddətə geri çağırılıb.
Xatırladaq ki, ötən gün Kəşmirdə polis qüvvələrinin konvoyu yolda olarkən törədilmiş partlayış nəticəsində 45 nəfər həlak olub.