https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Fergüssonun 10 qızıl qaydası

Fergüssonun 10 qızıl qaydası

26 il "Mançester Yunayted"ı çalışdıran, ötən mövsümün sonlarında isə gözlənilmədən məşqçilik karyerasının bitirdiyini elan edən Aleks Fergüsson uğurlarının sirrini açıqlayıb.

Qol.Az-ın xəbərinə görə, Britaniya mətbuatına müsahibəsində o, məşqçilik karyerasında 28 kubok qazanmasının özünün 10 qızıl qaydası ilə əlaqələndirib.

Bəs, söhbət hansı qaydalardan gedir? Bunu elə Fergüssonun özünün dediklərindən oxuyaq:



BİRİNCİ QAYDA: KLUBU YENİDƏN QURMAQ

"Mançester Yunayted"ə ilk gəldiyim gün yeganə bir fikrim vardı: klubu kökündən dəyişdirib yenidən yaratmaq! Klubun aşağı yaş qruplarının təcrübəsinin olduğunu bilirdim. Baş məşqçiliyə başladığım ilk günlərdən aşağı yaş qruplarına da xüsusi diqqət ayırırdım. Əgər "MY" məndən sonra yeni bir sistem quracaqsa, bunu ilk əvvəl aşağı yaş qruplarından başlamalıdır".


İKİNCİ QAYDA: BU GÜNÜ YOX, SABAHI DÜŞÜN

"Bəzi klublarda ardıcılıq cəmi üç məğlubiyyətdən sonra məşqçi qovula bilər. Müasir futbolda klub sahiblərinin məşqçiyə istədiyi klubu yaratması üçün ona dörd ildən çox vaxt verəcəyini zənn etmirəm. Bir qələbə qazanmaq sadəcə olaraq, qısamüddətli həll yoludur, çıxış yolu deyil. Ancaq bu gün uduzub təcrübə toplamaqla, səhvləri düzəltməklə sabahkı uğurların təməlini qoya bilərsiniz. Bir klubu yaratmaq uzun zaman ala bilər, amma davamlılığı və sabitliyi təmin edər".

ÜÇÜNCÜ QAYDA: İSTƏYİNDƏN GERİ ÇƏKİLMƏ

"MY"də mənim hədəfim qurduğumuz standartların aşağı səviyyəyə düşməmək idi. Çalışdığım hər bir klubda özümün futbol fəlsəfəmi aşılamağa çalışmışam. Matç futbolçuları motivasiya edir, onlara öz taktikamı başa salırdım. İstəyirdim ki, oyunçularım hər zaman daha yüksək səviyyədə olsun. Mənim futbolçularım heç vaxt öz hədəflərindən dönməməli idilər. Onlara həmişə bunu söyləyirdim: “Əgər cəmi bir dəfə istəyinizdən geri çəkilsəniz, bunun ardı da gələcək. Futbolçuların hazırlığını ən yüksək səviyyədə saxlamaq hər zaman önəmli idi".

DÖRDÜNCÜ QAYDA: İNTİZAM, İNTİZAM VƏ YENƏ DƏ İNTİZAM...

"Əgər bir gün "MY"də baş məşqçini oyunçular idarə edərdisə, yəni, futbolçular məşqçinin müəyyənləşdirdiyi hazırlığa, istirahətin nə zaman verilməsinə, taktikaya və komandanın intizamına müdaxilə edərdisə, o zaman hamının sevdiyi hazırkı "MY" olmazdı. Burda işləməzdən əvvəl də prinsipim var idi ki, heç bir oyunçum komandada hakimi-mütləq, yəni məndən güclü ola bilməz! Buna imkan verə bilmərəm. Baş məşqçinin şəxsiyyəti futbolçulardan daha yüksəkdə olmalıdır. Bu, böyük bir kollektivdə ən vacib nöqtələrdən biridir".


BEŞİNCİ QAYDA: GÖZLƏMƏYƏCƏKSƏN, SORUŞACAQSAN

“Futbolçunun gəlib səninlə nəyisə danışacağını gözləməmək mənim idarəçilik sistemimin bir parçasıdır. Əgər bir oyunçunun psixoloji durumunda mənfi dəyişiklik varsa, onunla söhbət edərdim. Öyrənirdim ki, bu, ailəvi problemdirmi, yorğunluqdurmu, futbolçum nəyin fikrini edir? Bunları mütləq soruşardım. Bu, mənim üçün ən önəmli məsələlərdən biridir.  Düzgün müşahidə etmək, problemi anlamaq və görmək çox vacibdir".

ALTINCI QAYDA: BƏZƏN ATA, BƏZƏN HƏKIM, BƏZƏN DƏ MÜƏLLIM OLMALISAN

"Taktiki anlayışlarımızla yüksək səviyyəli futbol klubu yaratmağa çalışdıq. Məşqçinin oyunçulara münasibəti çox yumşaq olsa, onlardan istədiyini ala bilməz. Futbolçuların hər birində məşqçisinə qarşı qorxu hissi olmalıdır. Amma biri də var ki, əgər məşqçi futbolçuya qarşı çox sərt olsa, onlar çox qorxsa, əsl oyunlarını göstərə bilməyəcəklər. Yaşım artdıqca futbolçularıma əsəbləşməyin bir işə yaramadığını anladım. Hər şeyin zamanı və yeri var. Bir baş məşqçi olaraq fərqli zamanlarda fərqli rollarda olmalısan: bəzən ata, bəzən həkim, bəzən də bir müəllim".

YEDDİNCİ QAYDA: "DƏYİŞİKLİYİ QƏBUL EDƏCƏKSƏN"

"Rusiya və başqa ölkələrdən gələn investorlar futbola böyük sərmayə qoymağa başladı, bu da baş məşqçilər üzərində təzyiqi artırdı. Oyunçular daha yaxşı bir həyat yaşamağa başladı. 25 il əvvəlkinə görə bu vəziytət ön plana çıxdı. Belə dəyişikliyə uyğunlaşmağı bacarmalısan. Bu, sizə iş verən insalara da inam verəcək".

SƏKKİZİNCİ QAYDA: "QAZANMAQDAN BAŞQA YOL YOXDUR"

"Çox insan keçmişdəki oyunlarıma görə məni mühakimə edə bilər, amma mən həmişə daha yaxşısını istədim. Biz uğurlar əldə etmək məcburiyyətindəyik. Hər zaman özümün, oyunçularımın daha yaxşı olmasına çalışdım. Hər uğuru ilk dəfə əldə edimiş kimi qəbul etdim. Mənim işim, qazanmaq üçün ən yaxşı şərtləri hazırlamaq idi".


DOQQUZUNCU QAYDA: "İnfrastruktur şərtdir"

"Ən önəmli məsələlərdə biri də inkişafda olmaqdır. Bir neçə il öncə David Qilə bunu söylədim: "Oyunçuları "MY"da tutmağın ən yaxşı yolu, onlara Avropanın ən yaxşı infrastrukturunu verməkdir. Bu sahədə işlərimiz oldu və  meyvələri hələ də var".

ONUNCU QAYDA: "Risk etməkdən qorxma"

"Qumar oynayaram, risk edərəm. Bunun oynadığımız matçların son dəqiqlərinə baxsanız, daha yaxşı görərsiniz. Əgər ilk hissəni məğlub olaraq bitirmişiksə, verdiyim mesaj sadədir: "Narahçılığa ehtiyac yoxdur". Sadəcə işimi bitirməyə çalışaram. Əgər hələ də hesabda geridəyiksə, daha çox risk etmək qorxmaram.  

Əgər istədiyim riskləri etmişəmsə və qazanmaq üçün oynamışıqsa, 3:1 hesabı ilə məğlub olsaq da, mənim üçün problem deyil. Daha çox hücumçu oynadaram, müdafiədəkiləri daha irəliyə çıxararam. Çünki məğlub olduğum zaman qazanmanın həzzini çox yaxşı bilirəm.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.