Bu ilin sonuna kimi Bakı üzrə istismar müddətini başa şatdırmış 541 lift dəyişdiriləcək.
ONA-nın məlumatına görə, bu barədə "Liftəmir" İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov bildirib.
Onun sözlərinə görə, köhnə liftlər yeniləri ilə əvəz olunacaq.
Yeni liftlərin qiyməti 12900 dollar civarındadır.