Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
“İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” - Tramp
"Bunu sərt qərar kimi qəbul etmək olmaz" - Təhsil eksperti
Haqqımızda
|
Əlaqə
|
Mobil versiya
|
Köhnə 525
|
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
COP29
Mədəniyyət
İdman
Dünya
Qarabağ
Ədəbiyyat
Digər
"525" - 30
Müsahibə
Region
Rəsmi
Şou-biznes
525-ci qəzetə yubiley təbrikləri
"525" - 25
Faydalı
Media
Turizm
Maraqlı
Təhsil
Texnologiya
Son xəbərlər
2 İyul 2026
11:00
"Bu addımların kənd təsərrüfatı ilə paralel olaraq emal sənayesini də gücləndirəcəyi gözlənilir" -
Mütəxəssis fikri
10:53
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib
10:41
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
10:30
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
10:25
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib
10:14
Beynəlxalq konfransda Azərbaycanın münaqişədənsonrakı bərpa təcrübəsi barədə məlumat verilib
10:07
Ötən sutka 2 nəfər xilas edilib, 3 nəfərin meyiti təhvil verilib
10:00
“Təchizat zəncirində yaranan istənilən fasilə qlobal təklifi məhdudlaşdırır” -
İqtisadçı
09:59
Azərbaycan nefti 72 dollara satılıb
09:50
Azərbaycan polisi:
Zaman dəyişir, missiya dəyişmir
09:45
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
09:39
Əmtəə bazarlarında təbii qazın dəyəri azalıb
09:27
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb
09:15
Dünya bazarlarında neft yenidən ucuzlaşır
09:05
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin iştirakçıları Ağdamda “İblis” tamaşasını izləyiblər
09:00
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
02:00
Harri Keyndən yeni rekord
01:43
Tailand polisi meymun axtarışında
01:28
Venesuelada milli matəm elan olundu
01:14
Harri Keyn Peleni geridə qoydu
00:59
Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini keçdi
00:45
Rumıniyada şiddətli fırtına
00:32
Belçikada yaşayış binasında yanğın -
6 ölü
00:17
İranda son iki gündə üçüncü silahlı hücum
00:01
Salonikidə meşə yanğınında 2 nəfər həlak olub
1 İyul 2026
23:25
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər -
YENİLƏNİB-1
23:17
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub -
YENİLƏNİB
22:41
Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edilib
21:29
"Qarabağ" hər iki oyunda uduzdu
21:04
Azərbaycan millisi Tacikistanı məğlub etdi
20:31
Azercell ahılların rəqəmsal təhlükəsizlik və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsinə dəstək olub
20:21
Hikmət Hacıyev Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidentinin fotosunu paylaşıb
20:12
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:07
Avropa Komissiyasının Prezidenti: Azərbaycan təmiz enerji üçün də regionda qovşaq rolunu oynaya bilər
20:02
Ursula Fon der Lyayen: Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib
19:42
Prezident: Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk
19:39
İlham Əliyev: Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür
19:37
Prezident İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik
19:26
Ötən ay Azərbaycanda maksimal temperatur 40 dərəcəyə çatıb
19:04
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
18:42
Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
18:31
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub
18:06
Fərid Əhmədov Türkiyənin ədliyyə naziri ilə görüşüb
18:00
Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
17:57
Musiqi üzrə qabiliyyət imtahanlarına start verilib
17:54
Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” kitabı türk oxuculara təqdim olunub
17:51
İçərişəhərdə əmək yarmarkası keçirilib, 322 aktiv iş yeri təqdim edilib
17:48
Radiasiya təhlükəsizliyi ilə bağlı tədbir keçirilib
17:45
"Şəfa"dan ilk legioner transferi
17:42
Ramin Məmmədov Şuşada vətəndaşları qəbul edib
17:39
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:36
Azərbaycan millisinin oyunu Gəncədə
17:33
Azərbaycanda pul bazası 24,4 mlrd. manata yaxınlaşıb
17:31
Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı Türkiyə oxucularına təqdim olunub
17:28
Mərkəzi Bankın valyuta ehtiyatları
13 milyard dolları ötüb
17:25
Ötən ay sərhəddə 4,8 mln. manatlıq qaçaqmal aşkar olunub
17:22
İkinci Opera Günləri "Otello"nun premyerası ilə yekunlaşıb
17:19
“Aİ-Azərbaycan tərəfdaşlığının dərinləşdirilməsi üçün buradayam” -
Ursula fon der Lyayen
17:16
Azərbaycan animasiyası Fransada təmsil olunub
17:13
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:07
“İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -
Tramp
17:00
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:54
Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
16:48
Almaniya isti ilə mübarizə aparır -
26 ölü
16:42
Meksikanın qələbəsi faciyə çevrildi
16:36
"Sənətkar olmaq robotlaşma dövründə gənclər üçün ən perspektivli yoldur" -
Millət vəkili
16:31
"Prezident Fərmanının icrası istiqamətində zəruri tədbirlərin icrasına başlanılıb" -
ETN
16:28
Daş yaddaşının dil pasportu -
MÜSAHİBƏ
16:25
Respondentlərin 93.6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir -
SORĞU
16:22
"Yay aylarında onların tez xarab olma riski daha yüksəkdir" -
Mütəxəssis
Son xəbərlərin davamı »
“Anan yox ki, ağlasın, quru, Urmiya, quru...”
Sosial
Oxunub:
2682
dəfə
a
-
A
+
10.10.12 14:51
“
ZƏRDÜŞTÜN
ŞƏHƏRİ
”
NDƏN
MƏMNUNLUQ
VƏ
TƏƏSSÜF
DOLU
TƏƏSSÜRATLARLA
AYRILDIQ
Əslində
səfərlər
həmişə
maraqlı
,
yaddaqalan
və
təəssürat
yaradan
olur
.
Amma
səfər
yoldaşlarının
hamısı
eyni
məslək
sahibidirsə
,
yəni
söz
-
sənət
adamları
,
musiqiçilər
,
yaxud
alimlərdirsə
,
bu
səfərin
təəssüratları
daha
zəngin
olur
.
Bizdə
də
belə
idi
.
Yol
yoldaşlarımızın
hamısı
sözün
,
sənətin
sehrində
olan
,
dağın
-
dərənin
,
gülün
-
çiçəyin
istənilən
gözəlliyindən
duyğulanan
adamlar
idi
.
İrana
—
Urmiya
şəhərinə
gedirdik
. 2012 –
ci
il
sentyabr
ayının
22-
si
idi
.
Bakıdakı
İran
Mədəniyyət
Mərkəzi
bizi
ənənəvi
olaraq
hər
il
keçirilən
“
Rəzəvi
şeirlər
festival
-
müsabiqəsinə
”
göndərirdi
.
Müqəddəs
dinimizin
əsas
simalarından
olan
İmam
Rza
Əleyhissalama
həsr
olunmuş
bu
şeir
yarışmasına
Azərbaycandan
73
nəfər
yazı
təqdim
etsə
də
,
final
mərhələsinə
8
şeir
müəllifi
və
1
alim
göndərilirdi
.
AMEA
Tarix
İnstitutunun
əməkdaşı
,
tarix
elmləri
doktoru
,
fars
dili
mütəxəssisi
,
professor
Şahin
Fazil
,
AMEA
Ədəbiyyat
İnstitutunun
əməkdaşı
,
filologiya
elmləri
namizədi
Rauf
Sadıqov
(
o
,
şeir
müəllifi
olmayan
yol
yoldaşımız
idi
) ,
Vahid
Poeziya
Evinin
direktoru
, “
Say
”
qəzetinin
baş
redaktoru
Hacı
Rafiq
Şirvani
,
şairlərdən
Kərəm
Kürqıraqlı
,
Sənəm
Səbayel
,
Musarza
Heydərov
,
Hacı
Yusif
Qulammirzə
oğlu
,
istedadlı
gənc
şair
Rüstəm
Tofiq
və
bu
sətirlərin
müəllifi
...
Yol
boyu
ədəbi
-
bədii
məzmunlu
söhbətlərdə
demək
olar
ki
,
baxış
prizmamız
üst
-
üstə
düşürdü
.
Fəqət
,
fərqli
düşündüyümüz
məsələlər
də
çox
idi
.
Bu
isə
uzaq
yol
üçün
çox
dəyərli
körpü
idi
.
Qərəz
...
Biləsuvar
Sərhəd
-
Gömrük
məntəqəsini
keçəndən
sonra
bizi
İslami
-
İrşad
İdarəsinin
nümayəndələri
qarşıladılar
və
nahar
edən
kimi
birbaşa
Urmiyaya
yola
düşdük
.
Bizi
aparan
minibusu
23-24
yaşlarında
bir
oğlan
idarə
edirdi
və
o
,
yanındakı
18-20
yaşlı
köməkçisi
ilə
elə
şirin
ləhcədə
danışırdı
ki
,
sanki
Biləsuvardan
Urmiyaya
qədər
biz
məlahətli
bir
şeirə
qulaq
asırdıq
.
Yol
kənarında
divarlara
yazılmış
elan
,
lövhə
və
göstəricilər
başqa
əlifbada
olmasaydı
elə
bilərdik
ki
,
hələ
sərhəddi
keçməmişik
.
Çünki
təbiət
də
eyni
idi
,
insanlar
da
.
Sadəcə
o
taydakı
insanlardan
“
can
”
sözünü
daha
çox
eşidirdik
.
Yol
boyu
kəndlərin
adına
baxırdım
.
Yer
adları
həm
farsca
,
həm
də
ingiliscə
yazılmışdı
.
Ərdəbil
yaxınlığında
gördüyümüz
Qasımkənd
,
Çeşməkənd
,
Dəmirçi
dərəsi
,
Damdabaca
kəndi
,
Mikayıl
dərəsi
,
Əmir
kəndi
,
Qara
göl
...
bir
daha
sübut
edirdi
ki
,
biz
hələ
“
sərhəddi
keçməmişik
”.
Savalana
yaxınlaşanda
isə
ürəklər
məhz
şair
ürəyi
kimi
döyünürdü
.
Dağın
zirvəsindəki
bir
neçə
yarğanda
qalan
qarın
sanki
bizim
üçün
saxlanılan
sovqat
olduğunu
düşündüm
.
Amma
əbəs
yerə
.
Çünki
qardaş
qardaşa
bu
soyuqluqda
pay
saxlamaz
.
Hamı
danışır
,
bir
-
birinə
nə
isə
göstərir
,
nəyisə
izah
etməyə
çalışırdı
.
Şahin
Fazil
isə
heç
kəsə
qarışmır
,
durmadan
yazırdı
.
Kərəm
Kürqıraqlını
dağların
arasındakı
yaşıl
vadilər
heyran
eləmişdi
.
Tanrı
ona
Zərdabda
dağ
göstərmişdimi
?
Mən
əvvəllər
İranda
8-10
dəfə
olduğuma
baxmayaraq
yenə
də
qələm
sahibi
üçün
maraqlı
olan
məqamlar
görürdüm
.
Amma
deyəsən
Şahin
müəllimin
sürətlə
gedən
maşında
yazı
qələmə
alması
mənə
daha
maraqlı
gəlmişdi
.
Çünki
özüm
heç
zaman
belə
yaza
bilməmişdim
.
İlk
sınaq
deyəsən
o
qədər
də
uğursuz
olmadı
. 10-15
dəqiqədən
sonra
Kərəmə
bir
vərəq
verdim
.
Orada
yazılmışdı
:
Dərmanın
...
dadı
Kərəm
lələ
,
görürsənmi
dağları
,
Neçə
yarğan
qar
saxlayır
Savalan
.
Yamacların
quzeyinə
yaxşı
bax
,
Qar
əriyir
,
ümidlərə
verir
can
.
Ürək
yanır
,
beyin
yanır
,
qan
yanır
,
Daş
-
qayanın
paralanmış
baxtına
.
Adam
gərək
bu
dağ
kimi
tablaya
Ayrılığın
qarımış
,
qart
vaxtına
.
Bu
nə
dağdır
,
bu
nə
daşdır
,
nə
dərə
,
Göydən
uca
,
göldən
dərin
görünür
.
Güney
boyu
qıvrım
-
qıvrım
yola
bax
,
Ürəyimdir
,
yamaclarda
sürünür
.
Kərəm
lələ
,
Şahin
Fazil
nə
yazır
?
Diqqət
elə
,
fikri
-
zikri
dağdadır
.
İttifaqın
burda
udduğu
nəfəs
Dərman
oldu
.
Amma
bir
az
...
dağ
dadır
.
Bəlkə
də
indi
—
bu
sətirlərin
qələmə
alındığı
vaxt
şeirə
yenidən
baxmaq
,
nəyisə
dəyişmək
olardı
.
Amma
eləmədim
.
Çünki
yol
tələskənliyi
ilə
şeiri
avtobusdakılara
məhz
bu
şəkildə
təqdim
eləmişdim
.
Meşkin
tərəflərdə
qayalar
elə
görünürdü
ki
,
guya
qüdrətli
bir
adam
onları
əli
ilə
götürüb
üst
-
üstə
yığmışdı
.
Çox
təzadlı
idi
.
Bütün
sal
qayalı
dağların
ətəyində
yaşıl
vadilər
,
bağ
–
bağat
görünürdü
.
Dağların
arasından
çıxandan
sonra
isə
yaşıl
çöllərdə
görünən
tağlanmış
bostan
məhsulları
bu
torpağın
bərəkətindən
xəbər
verirdi
.
Hacı
Rafiqin
sürücülərlə
Biləsuvarda
başlanan
tanışlığı
deyəsən
Əhərin
işıqları
yananda
başa
çatmışdı
.
Bu
qənaətim
ondan
irəli
gəlirdi
ki
,
dünyanın
az
qala
yarısını
gəzmiş
Hacı
Rafiq
yanında
oturanlara
Əhərin
işıqlarını
göstərib
yeni
bir
söhbətə
başlayırdı
.
Urmiyaya
gecə
saat
12-
dən
sonra
çatdıq
.
Sürücümüz
əvvəllər
bu
şəhərdə
olmamışdı
.
Ona
görə
də
gedəcəyimiz
“
Morvarid
” (
Mirvari
)
otelini
tapmaq
o
qədər
də
asan
olmayacaqdı
.
Odur
ki
,
sürücü
bir
minik
maşınını
idarə
edən
həmkarından
adı
çəkilən
mehmanxanaya
necə
gedəcəyimizi
soruşdu
.
Həmin
adam
– “
arxamca
gəlin
” –
deyərək
qabağa
düşdü
və
gecənin
yarısında
təxminən
20
dəqiqə
bizim
üçün
vaxt
ayırdı
.
Çox
minnətdar
olduq
.
“
Morvarid
”
də
bizi
gözləyirdilər
.
Bu
otel
Türkiyə
ilə
sərhəddəki
Zaqroş
dağından
axıb
gələn
Şəhər
çayının
birbaşa
sahilində
inşa
edilib
.
Çayın
sağ
sahilində
isə
sonu
görünməyən
yaşıl
bir
xiyaban
uzanıb
gedir
.
Ertəsi
günü
Urmiyanın
əsas
mədəniyyət
mərkəzlərindən
birində
“
Azərbaycan
Türkcəsində
7-
ci
Beynəlxalq
Rəzəvi
şeirlər
festival
-
müsabiqəsi
”
nin
təntənəli
açılışı
oldu
.
Şəhər
rəhbərliyinin
,
İslami
-
İrşad
İdarəsi
rəhbərlərinin
və
çoxsaylı
xarici
qonaqların
iştirakı
ilə
keçirilən
tədbir
İranın
dövlət
himninin
səsləndirilməsi
ilə
daha
da
şərəfləndirilmiş
oldu
.
Festivalda
90-
a
yaxın
şeir
oxundu
.
Bu
qədər
şeirlər
370
müəllifin
təqdim
etdiyi
yazılar
arasından
seçilmişdi
.
İran
,
Azərbaycan
,
Türkiyə
və
İraq
şairlərinin
demək
olar
ki
,
bütün
şeirləri
İmam
Rza
Əleyhissalama
həsr
olunmuşdu
.
Festival
çərçivəsində
Əsgər
Şahinzadə
,
Cəfər
Beytüllahi
(
İran
) ,
Asi
Nüsrət
Ağa
,
Kövsər
Saqı
Bağvan
(
İraq
türkmənləri
) ,
Cavad
Gök
(
Türkiyə
)
kimi
məşhur
söz
-
sənət
adamları
ilə
tanış
olduq
,
ədəbi
və
ictimai
-
siyasi
mövzularda
söhbətləşdik
.
Onuncu
dəfə
keçirilən
(
son
yeddisi
Azərbaycan
türkcəsində
təşkil
olunur
)
Rəzəvi
şeirlər
müsabiqəsi
təkcə
ədəbi
və
ya
islami
deyil
,
həm
də
siyasi
-
diplomatik
bir
tədbir
kimi
adı
çəkilən
ölkələr
arasındakı
dostluğa
xüsusi
töhfələr
vermiş
olur
.
Tez
-
tez
eşidirdim
ki
,
söhbət
bu
yarışmada
kimin
qalib
gəlməsindən
deyil
,
dostluğa
kimin
daha
çox
töhfə
verməsindən
gedir
.
Fikrimcə
,
Azərbaycan
nümayəndə
heyəti
bu
vəzifənin
öhdəsindən
layiqincə
gələ
bildi
.
Xüsusən
,
geniş
dünya
görüşünə
malik
olan
ziyalılarımız
Şahin
Fazil
və
Hacı
Rafiq
Şirvani
həm
festival
çərçivəsindəki
çıxışlarında
,
həm
də
ümumiyyətlə
,
bütün
görüşlərdə
,
istənilən
məsələnin
müzakirəsi
zamanı
xalqlarımızın
və
dövlətlərimizin
maraqlarına
uyğun
münasibət
bildirir
,
əsl
ziyalı
mövqeyi
ortaya
qoyurdular
.
Festival
başa
çatandan
sonra
biz
ayrı
-
ayrı
qruplara
bölünərək
Urmiyanın
görməli
yerlərini
ziyarət
etdik
.
Belə
yerlər
isə
istənilən
qədərdir
.
Çahar
bürc
,
İsmayıl
ağa
,
Bardok
,
Dam
daş
tarixi
-
memarlıq
abidələri
,
memarlıq
,
tarix
və
təbiət
muzeyləri
,
Sirr
dağı
,
Qədim
bazar
və
ən
nəhayət
,
Urmiya
gölü
.
Ötən
əsrin
görkəmli
İran
alimi
Mirzə
Ələkbər
Dehxudanın
( 1879-1956 )
qədim
assur
mənbələrinə
istinadən
“
Zərdüştün
şəhəri
”
adlandırdığı
Urmiyanın
hər
addımı
,
hər
qarışı
maraqlı
idi
.
Biz
əvvəlcə
min
illər
boyu
insanların
sirli
məkan
kimi
baxdıqları
Sirr
dağına
baş
çəkdik
.
Urmiya
şəhəri
bu
dağı
demək
olar
ki
,
dörd
tərəfdən
qurşaq
kimi
əhatələyir
.
Hündür
binalar
bir
-
birinin
əlindən
tutaraq
nəhəng
ağacı
dövrələyən
uşaqlar
kimi
görünür
.
Doğrusu
orada
biz
hansısa
bir
sirrin
deyil
,
Urmiyanın
möhtəşəm
panoramasının
şahidi
olduq
.
Mümkün
olan
yerə
qədər
getdik
.
Ordan
o
yanda
isə
...
erməni
kilsəsi
var
idi
.
Biz
belə
bir
kilsəni
şəhərin
mərkəzində
—
İmam
Xomeyni
və
Ömər
Xəyyam
küçələrinin
kəsişməsində
də
görmüşdük
.
Xatırladım
ki
,
Urmiyanın
əhalisinin
90
faizi
azərbaycanlılardan
,
qalan
10
faizi
isə
assur
,
kürd
və
ermənilərdən
ibarətdir
.
Bizi
Sirr
dağına
aparan
taksi
sürücüsü
Rza
Şərifi
sözün
həqiqi
mənasında
dəyərli
həmsöhbət
idi
.
Bu
adam
beynəlxalq
aləmdəki
bəzi
qüvvələrin
İran
-
Azərbaycan
dostluğuna
əngəl
törətmək
üçün
ortaya
atdıqları
bütün
oyunların
mənasını
əsl
mütəxəssis
kimi
bilirdi
.
Bir
azərbaycanlı
kimi
Azərbaycana
bağlı
olan
Rza
vətəndaş
kimi
də
İranın
mövqeyini
üstün
tutur
,
qoruyrdu
:”
Heç
bir
xarici
qüvvə
bizim
dostluğumuza
xələl
gətirə
bilməz
”-
deyirdi
.
Şəhərdə
köhnə
binalar
,
qədimi
tikililər
çoxdur
.
Lap
çox
.
Bizim
baş
çəkdiyimiz
Qədim
bazarın
tikililərində
isə
ən
azı
ötən
minilliyin
əvvəllərinə
aid
memarlıq
elementləri
görünürdü
.
Hər
halda
biz
oranı
bələdçisiz
dolaşmışdıq
.
Dövlət
bu
şəhərin
müasirləşdirilməsi
üçün
müxtəlif
addımlar
atır
.
Məsələn
,
şəhridar
(
səhər
rəhbəri
)
yeni
ev
tikmək
üçün
torpaq
almaq
istəyən
istənilən
şəxsin
qarşısında
şərt
qoyur
: “
Üç
mərtəbədən
hündür
ev
tikməyəcəksənsə
,
sənə
torpaq
satılmayacaq
”.
Məhz
elə
ona
görə
Urmiyanın
ətrafı
daha
abad
,
daha
müasirdir
.
Rzadan
daha
bir
maraqlı
fikir
eşitdik
.
Onun
maşınında
Fərzad
Urmiyalı
adlı
bir
müğəninin
lent
yazısı
səsləndirilirdi
.
Barış
Mançonun
“
Uzun
,
incə
bir
yoldayam
”
mahnısını
oxuyurdu
.
Mən
Fərzadın
səsini
bəyəndiyimi
bildirəndə
Rza
Sulduzdan
olan
bir
dostunun
adını
çəkdi
(
onun
özü
də
sulduzludur
) : “
Sulduzda
Cövlət
Qasımi
adlı
bir
müğənni
var
.
Səsi
və
ifası
çox
məlahətlidir
.
Əgər
o
,
vaxtında
Bakıya
gedə
bilsəydi
,
indi
dünya
şöhrətli
bir
müğənni
olardı
”.
Yəni
,
bu
adamlar
Bakıya
əstağfürullah
—
qiblə
kimi
baxırlar
.
Bu
dostumuz
—
cəmi
bir
saatda
az
qala
dost
olmuşduq
—
Urmiyanın
,
Sulduzun
və
ümumiyyətlə
,
İranın
həyatından
elə
bir
təəssübkeşliklə
söhbət
açdı
ki
,
adam
onun
maraq
dairəsinə
heyran
qalırdı
.
Məsələn
,
Urmiya
İranda
üzüm
istehsalına
görə
birinci
yeri
tutur
.
Şəkər
çuğunduru
istehsalına
görə
həmin
yerdə
Sulduz
dayanır
.
Yaxud
,
Urmiya
təkcə
İranda
deyil
,
bütövlükdə
Orta
Asiyada
ən
çox
şaftalı
istehsal
edən
bölgədir
və
sairə
.
...
və
nəhayət
,
Urmiya
şəhərindən
ayrılıb
Urmiya
gölünə
gəlirik
.
Təxminən
6
min
kvadratkilometr
sahəsi
olan
bu
göl
Şərqi
Azərbaycanla
Qərbi
Azərbaycanın
arasındadır
.
Göldə
yüzdən
çox
ada
var
.
Şimaldan
cənuba
uzunluğu
140
kilometr
,
şərqdən
qərbə
eni
isə
55
kilometrdir
.
Ən
dərin
nöqtəsi
16
metr
olub
.
Adalardan
birində
Hülaku
xanın
(
Çingiz
xanın
nəvəsidir
)
məzarı
var
. 1975-
ci
ildə
Milli
Park
elan
edilən
bu
gölə
Nazlıçay
,
Acıçay
,
Sofuçay
,
Cığatayçay
və
Tətovuçay
kimi
kifayət
qədər
sulu
olan
çaylar
tökülür
.
Ancaq
Urmiya
gündən
-
günə
quruyur
.
Göl
Milli
Park
elan
olunanda
adalardakı
dağlarda
27
növ
məməli
, 41
növ
sürünən
, 212
növ
quş
yaşayırdı
.
İndi
isə
iranlı
alimlərin
çəkdiyi
şəkillərdə
quşların
dimdiyində
duz
sırğalandığı
görünür
.
Hər
litr
suda
280-300
qram
duz
var
.
Gölün
hər
sahili
4-5
kilometr
enində
duz
çölünə
çevrilib
.
İndi
YUNESKO
bu
gölü
məhv
olmaq
üzrə
olan
biosfer
nümunəsi
kimi
qeydə
alıb
və
həyəcan
siqnalı
çalınır
.
Biz
təxminən
10-12
il
əvvəl
AzərTacda
çalışan
həmkarımız
Sabir
Yusifovla
birlikdə
Urmiya
gölündə
ikinəfərlik
qayıqda
az
da
olsa
üzmüş
,
istirahət
etmişdik
.
İndi
isə
həmin
sahillərdə
nəinki
ikinəfərlik
qayıq
,
hətta
, 200-300
nəfərlik
gəmilər
də
duz
səhrasında
birdəfəlik
batıb
qalıblar
.
İran
dövləti
gölün
qurumasının
qarşısını
almaqda
acizdir
.
Əsas
səbəb
kimi
qlobal
istiləşmə
və
on
illər
boyu
davam
edən
quraqlıqlar
göstərilir
.
Yol
yoldaşlarımızın
hərəsi
Urmiya
gölünün
quruması
barədə
bir
fikir
söylədi
.
Mən
isə
gölün
üstündən
keçib
şəhərə
gedəndə
söylədiyim
varsağını
təkzib
edirmiş
kimi
daha
bir
varsağı
oxudum
.
Gedəndə
demişdim
:
Qurum
az
,
Tüstü
çoxdur
,
qurum
az
.
Mən
ki
,
belə
ağladım
,
Bu
göl
daha
qurumaz
.
Qayıdanda
—
gölün
duz
səhrasına
çevrilmiş
hissəsində
ilişib
qalmış
nəhəng
gəmiləri
,
sahil
boyu
qolu
-
qıçı
qırılıb
tökülməkdə
olan
qurumuş
minlərlə
ağacı
,
və
tamamilə
heç
bir
quşun
və
ya
başqa
canlının
qanad
çalmadığı
səmanı
görəndə
isə
Urmiyanın
quruyacağına
mən
də
inandım
:
Ya
quru
,
Ya
buxarlan
,
ya
quru
.
Anan
yox
ki
,
ağlasın
,
Quru
,
Urmiya
,
quru
.
Rafiq
Şirvani
ayaqlarını
dizə
qədər
soyunaraq
qum
üstündə
gəzişirmiş
kimi
duz
üstündə
dolaşmağa
başladı
.
Dediyinə
görə
xəritədən
silinməkdə
olan
göllə
məhz
bu
şəkildə
vidalaşmağı
əhd
edibmiş
.
Şahin
Fazil
yediyi
almanın
kəsilmiş
tərəfini
milyonlarla
ton
tutumu
olan
“
duz
qabına
”
uzatdı
.
Seyid
Musarza
Heydərov
xəbərdarlıq
etdi
: “
Bu
fəlakətin
fəsadları
mütləq
hayandasa
,
başqa
yerdə
özünü
göstərəcək
.
Allah
bizi
o
fəsadlardan
qorusun
”.
Kərəm
Kürqıraqlı
mənə
üzünü
tutdu
: “
Qağa
çək
,
mənim
ömrümdə
bundan
dəyərli
şəklim
olmayacaq
”.
Hacı
Yusif
isə
öz
hayında
idi
: “
Mən
dərdimə
dərman
üçün
duz
axtarırdım
.
Bu
qədər
dərman
olmaz
!”.
Mənim
dərdim
isə
tamamilə
başqa
idi
:
Haram
var
,
Halaldan
çox
haram
var
.
Dərbənd
,
Şuşa
,
Urmiya
,
Bəs
,
yarasız
haram
var
?
Kimsə
soruşdu
: —
İttifaqı
Şahin
Fazilin
kitabları
varsağı
şairi
elədi
,
yoxsa
Urmiya
?
Heç
kəs
dinmədi
.
Mən
orda
cavab
verməsəm
də
,
yaxşı
bilirdim
ki
,
Şahin
Fazilin
kitablarını
əvvəllər
də
oxumuşdum
.
Urmiyanın
əldən
getməsini
isə
indi
görüb
ağlayırdım
...
Anan
yox
ki
,
ağlasın
...
Qrupumuzun
ən
gənc
nümayəndəsi
olan
Rüstəm
Tofiqin
Urmiyada
bizə
verdiyi
sualı
mən
də
hörmətli
oxuculara
ünvanlayıram
:
Görəsən
,
biz
Urmiyanın
qurumasının
qarşısını
almaq
üçün
İrana
hansı
köməyi
göstərə
bilərik
?
İttifaq
MİRZƏBƏYLİ
əməkdar
jurnalist
Bakı
-
Təbriz
-
Urmiya
, 22-25
sentyabr
2012-
ci
il
.
Bizi Facebookda izləyin
Bölmənin digər xəbərləri
"Yay aylarında onların tez xarab olma riski daha yüksəkdir" - Mütəxəssis
01.07.26
Xankəndi və Xocalı sakinləri üçün yeni peşə hazırlığı kursuna başlanıb
30.06.26
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
29.06.26
Bu, təşkilati problem deyil, fəaliyyətsizlikdir... - Sosial şəbəkədə yazılanlar
29.06.26
Qadınların pensiya yaşı artırılır
29.06.26
Narkomaniya: cəmiyyətin gələcəyini təhdid edən təhlükə
26.06.26
Nizaminin "ev"i tikilir
26.06.26
Dövlət qulluğu imtiyaz yox, məsuliyyətdir
26.06.26
İyun ayının sosial ödənişləri yekunlaşdırılıb
24.06.26
Sabah bütün sosial yardımlar ödəniləcək
23.06.26
ƏƏSMN-də dövlət qulluğuna yeni qəbul edilən əməkdaşların andiçmə mərasimi olub
23.06.26
Onlayn kreditləri artıran səbəblər
19.06.26
Rəqabət yoxdursa, reklam da yoxdur - Sosial şəbəkədə yazılanlar
19.06.26
Ölkə üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb
19.06.26
Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub
18.06.26
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Kriminal
Mədəniyyət
İdman
Şou-biznes
Ədəbiyyat
Çap versiyası
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.