ATƏT-in Xarici İşlər Nazirləri Şurasının növbəti görüşü bu ilin dekabrında Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.
APA ATƏT-in Parlament Assambleyasının (PA) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar bu gün ATƏT-in xarici işlər nazirlərinin Slovakiyanın Tatra şəhərində baş tutan qeyri-rəsmi görüşündə qəbul edilib.