|
|
|
|
“Biz Azərbaycanla Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Bu mənada qarşılıqlı səmərəli əməkdaşlığımız məmnunluq doğurur”.
APA-nın xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consona təbrik məktubunda yer alıb.
“Neft-qaz hasilatı və nəqli sahəsindəki əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Enerji sektorunda uzun illərdən bəri müvəffəqiyyətlə davam edən birgə fəaliyyətimiz, gerçəkləşdirdiyimiz irimiqyaslı transmilli layihələr qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfədir. İnanıram ki, qarşılıqlı maraqlarımıza uyğun olaraq Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafı istiqamətində Sizinlə birgə səylər göstərəcəyik”, - təbrik məktubunda qeyd olunub.