|
|
|
|
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya sənətləri kafedrasının müdiri professor Rafiq Quliyev Moskvada işgüzar səfərdə olub.
ADMİU-nun kafedra müdiri Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (VQİK) 100 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edib.
Tədbirdə dünyanın ilk kino məktəbinin bəzi məzunlarına "ÜDKİ-100" medalı təqdim olunub.
Mükafatlandırılanlar arasında ADMİU-nun professoru Rafiq Quliyev də olub.
Xatırladaq ki, Rafiq Quliyev 1987-ci ildə ÜDKİ-nin "Kinooperatorluq" fakültəsini fərqlənmə ilə bitirib.