https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
2 İyul 2026

Ruslan Abışov: "Uiqan"la oyuna qədər hazır olacağam"

Ruslan Abışov: "Uiqan"la oyuna qədər hazır olacağam"

"Artıq bütün yaralarım sağalıb və özümü yaxşı hiss edirəm. Qarşıdakı günlərdə müəyyən məhdudiyyətlərlə məşqlərə başlayacam".

Qol.Az-ın məlumatına görə, bu sözləri millimizin üzvü və "Rubin" klubunun futbolçusu Ruslan Abışov deyib.

Zədəsini sağaltdığını bildirən Ruslan Avropa Liqasının qrup mərhələsində "Uiqan"la oyuna qədər hazır olacağını bildirib:

"Cümə günü komanda ilə məşqlərə başlaya biləcəm. Bu gün isə yüngül qaçışla kifayətləndim. Təəssüf ki, Premyer Liqada "Rostov"la görüşdə iştirak edə bilməyəcəm. Ancaq Avropa Liqasında "Uiqan"la evdə keçirəcəyimiz oyuna qədər hazır olacam. Hər kəsə məlumdur ki, "Rubin" hazırda turnir cədvəlində layiq olduğu pillədə deyil. Buna görə də hər oyunda qələbə qazanmağa və turnir cədvəlində mövqeyimizi düzəltməyə çalışacağıq".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.