Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin “Şərəf” ordeni ilə təltif olunması haqında sərəncam imzalayıb.
525.az-ın xəbərinə görə, sərəncamda bildirilir: “Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl “Şərəf” ordeni ilə təltif edilsin”.