https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Fariz Məmmədovun Avropa çempionluğu uğrunda döyüşünün vaxtı müəyyənləşdi

Fariz Məmmədovun Avropa çempionluğu uğrunda döyüşünün vaxtı müəyyənləşdi

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun növbəti döyüşünün vaxtı məlum olub.

Qol.Az-ın məlumatına görə, peşəkar boksçumuz dekabrın 14-də almaniyalı idmançı Mattias Peklə Bakıda qarşılaşacaq.

Döyüş WBO və IBF versiyasının Avropa kəməri uğrunda keçiriləcək. Almaniya təmsilçisi indiyədək peşəkar boksda keçirdiyi 21 döyüşün hamısında qalib gəlib. Bu baxımdan F.Məmmədovu çətin bir qarşılaşma gözlədiyini demək olar. “Eurosport” telekanalı "Qəbələ" İdman Klubu ilə razılaşmaya əsasən döyüşü canlı yayımlayacaq.

F.Məmmədov hazırda Ukraynanın Xarkov şəhərində təlim-məşq toplanışındadır. Onun məşqçisi Viktor Demçenko azərbaycanlı jurnalistlərə açıqlamasında Farizin fiziki durumunun yüksək səviyyədə olduğunu bildirib: "Hazırlığın ilkin mərhələsini Qəbələdə yaxşı səviyyədə keçirdik. Rəqibin çox güclü olduğunu bilirik. Ancaq idmançı üçün belə güclü rəqiblərin olması faydalıdır. Fariz hazırda çox yaxşı formadadır və mən ona güvənirəm".

Qeyd edək ki, dekabrın 14-də Fariz Məmmədovla yanaşı daha 4   döyüş keçiriləcək. Peşəkar boksçular arasında baş tutacaq döyüşün üçü reytinq, biri isə Avropa kəməri uğrunda 12 raundluq titul döyüşü olacaq.

Xatırladaq ki, yeddi illik fasilədən sonra 2012-ci ildə yenidən peşəkar rinqə qayıdan Məmmədov son bir il yarımda keçiridiyi üç döyüşün hamısını qələbə ilə başa vurub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.