Türkiyədə İstanbul Sabiha Gökçen Hava limanındakı sərt eniş edərək 3 hissəyə parçalanan "Boeing 737-800" tipi sərnişin təyyarəsində sərnişinlər arasında bir Azərbaycan vətəndaşı da olub.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə NTV televiziyası məlumat yayıb.
Bildirlib ki, təyyarədəki 177 sərnişinlərin ən çoxu Türkiyə vətəndaşıdır. Sərnişinlər arasında həmçinin 4 ABŞ, 1 Azərbaycan, 1 Türkmənistan, 1 Qazaxıstan vətəndaşı olub.