Dünyanın yaşıl meydanlarında cüzi toxunuşda belə özünü yerə atan və komandasına cərimə zərbəsi qazandırmağa çalışan 20 futbolçunun adı məlum olub.
Qol.Az-ın məlumatına görə, bu siyahının birinci pilləsində "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo qərarlaşıb.
"Barselona"nın futbolçularından Serxio Buskets ikinci, Neymar isə üçüncü olub. Ümumilikdə simulyasiya etməyə meylli futbolçuların siyahısında "Real" (4), "Barselona" (3), "Mançester Yunayted" (3) klublarının oyunçuları üstünlük təşkil edib.
1.Kriştiano Ronaldo ("Real", Madrid) 2.Serxio Busgets ("Barselona") 3.Neymar ("Barselona") 4.Aryen Robben ("Bavariya") 5.Anxel Di Mariya ("Real", Madrid)