İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif BMT Baş katibinin xüsusi elçisi Qeyr Pedersen ilə İdlibdə vəziyyətin gərginləşməsi fonunda Suriyadakı vəziyyəti müzakirə edib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
İran XİN-in açıqlamasında deyilir ki, M.C.Zərif Q.Pedersenə Suriya böhranının həllinin yeganə yolunun siyasi yol olduğunu söyləyib.
“İran Suriyanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə riayət edilməklə bu məsələdə əməkdaşlıq etməyə hazırdır”, - XİN başçısı deyib.
Q.Pedersen iranlı nazirə Suriya böhranının siyasi həllinin gedişindən danışıb.