Jurnalist həmkarlar! Müsahibə alanda millətin fikrini təhrif edib, ona uydurma sərlövhə çəkməyə nə hacət var? Hansı vicdansız deyə bilər ki, biz cəhənnəmdə yaşayırıq? Müstəqil dövlətdə cəhənnəm olmaz. Keçid dövründə çətinlik olar, nöqsan olar, çatışmazlıq olar, bunu cəhənnəm kimi təqdim etmək yaramaz.
Elşad Paşasoy mənim ona dediyim fars atalar misalını yaxşı başa düşməyib. Niyə yazıda mənim dediyim "Vətən də bizimdir, millət də bizimdir, dövlət də bizimdir" sərlövhəsini qoymur? Jurnalistin, redaksiyanın müəllifin fikrinin ümumi ruhunu öz istədiyi kimi dəyişməyə haqqı yoxdur.
Hörmətlə, Şirməmməd Hüseynov