Həyat ilə ölüm arasında fərq ananın əziz övladına vurduğu sillə ilə yenidən öpüb oxşaması qədərdir.İnsanlar həyata göz açdıqlarından etibarən qarşıdakı dumanlı uca dağların zirvəsində bizləri gözləyən sonu bəlli olmayan yolların yolçusuna çevrilirlər.
Kimiləri dumanın içində yollarını itirdiyi zaman-çox nadir şəxsiyyətlər özlərinin haqq bildikləri və həyatın gerçək səhnəsini görən zamandan etibarən seçdikləri ali məqsədləri uğrunda canlarını belə millətinə,dövlətinə eləcə də,məmləkəti yolunda qanını tökən şəhidlərin mirası olan bayrağa tükənməz sevgini gəncliyə aşılayan öndərlərə çevrilir. Belə şərəfli tarix yazmış öndərlərini unudan millətlər,müharibədə hədəfini itirən ordu təki düşmənin quluna çevrilmiş əsgərlərə bənzəyir.
O,Türk Dünyasının birlik-bərabərliyi uğrunda təmannasız olaraq canını, malını və sevdiyi nəyi vardırsa sağlamlığını belə sonuna qədər bu şərəfli yolda qurban verdi.O,Türk-İslam Dünyasının dünya durduqca unudulmayacaq Kişilərindən birinə çevrilən böyük türk və elm adamı,professor Turan Yazqan hocamız oldu. Ulu öndərimiz Atatürkün ən layiqli davamçısı,sevgili Hocam,Siz bizlərə vətənin,elmin,ədəbin,sevginin və şəfqətin dolu olduğu bir yolu göstərdiniz.Canımız Hocam,Siz bizə Türk Dünyasının bir parçası olan can Azərbaycanımızda elm və qardaşlığın yuvasını qurdunuz.
Biz,Sizin işıqlı yola yönəltdiyiniz şagirdləriniz olaraq,Sizi ölümümüzə qədər unutmayacağıq.Türk Dünyasının Birliyi uğrunda verdiyiniz şərəfli mücadilənin sonuna kimi aparılması yolunda bizlər hər zaman Sizin əsgərlərinizik. Sevgili Hocam,bizə verdiyiniz təmannasız elm bizim sabahımızın işıqlı qapısıdır.Bu qapını bizə açdığınız üçün bizlər Sizi hər zaman sayğı və dua ilə anacayıq…
Hörmətlə,Bakı Atatürk Liseyinin 9-A sinif şagirdi Mirrəsul Əzimbəyli