Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədova barədə açılmış cinayət işi bağlı növbəti məhkəmə prosesi təxirə salınıb.
Lent.az-ın məlumatına görə, saat 10:30-da başlamalı olan məhkəmə prosesi 1,5 saata yaxın gecikib. Əməkdaşımızın məlumatına görə, prosesin başlamamağına G.Əhmədovanın səhhətinin pisləşməsi səbəb olub.
Məhkəmədən bildirilib ki, sabiq deputatın özünü pis hiss etməsi ilə bağlı məhkəməni başlaması ləngiyir. Prosesin bu gün keçiriləcəyi qeyd edilsə də, konkret saat neçədə baş tutacağı bilinmir. Daha sonra isə Gülər Əhmodovanın vəkili Əfsər Talıbov jurnalistlərə bildirib ki, məhkəmə sabiq deputatın səhhətində yaranan problemlə bağlı təxirə salınıb.
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Gülər Əhmədovaya 4 il iş istəmişdi.