|
|
|
|

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb.
XİN-in mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib, regional proseslərə dair fikir mübadiləsi aparılıb.



