Bolqarıstanın Baş Naziri Boyko Borisov bu gün Türkiyəyə səfər edəcək.
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, səfər zamanı Bolqarıstan Baş Naziri bir sıra görüşlər keçirəcək.
Görüşlərdə Türkiyə ilə Bolqarıstan arasındakı ikitərəfli münasibətlər və iki ölkə arasındakı əməkdaşlıq imkanları müzakirə ediləcək.
Suriyadakı regional və beynəlxalq vəziyyətlə də bağlı fikir mübadiləsi aparılacaq.