Fransanın Billetdefrance.fr portalında “Azərbaycan mütərəqqi ənənələr ölkəsi” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə dünyəvi və multikonfessional ölkə olan Azərbaycanın coğrafi mövqeyi haqqında ətraflı məlumat verilir.
Yazıda ölkəmizdə qədimliyin və müasirliyin vəhdət təşkil etdiyi vurğulanır, müxtəlif dinlərin nümayəndələri arasında heç bir ziddiyyətin olmadığı diqqətə çatdırılır. 1918-ci ildə Azərbaycanın Xalq Cümhuriyyətinin yaranmasından, onun qəbul etdiyi mühüm qərarlardan, qadınlara səsvermə hüququnun verilməsindən bəhs olunur.
Qeyd olunur ki, 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan dünyəviliyə sadiq qalaraq, dinlərarası dialoqun təşviqinə təkan verdi. Yazıda, həmçinin ölkəmizdəki gender bərabərliyindən danışılıb.