|
|
|
|

CNN-in keçmiş aparıcısı, məşhur telejurnalist Larri Kinq Azərbaycanın işğal olunmuş bölgəsi Dağlıq Qarabağa səfər etməyi planlaşdırır.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Larri Kinq “Hayastan” Ümumerməni Fondunun Los Ancelesdə keçirilən telemarafonunda iştirak edib. O, telemarafon zamanı Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakayanla söhbət edib. Söhbət zamanı B. Saakyan L. Kinqi Dağlıq Qarabağ dəvət edib. Dəvət qəbul olunub. Bu barədə telemarafonun gedişində arxiyepiskop Ovnan Terteryan məlumat verib: “Böyük ehtimalla Larri Kinq yaxın vaxtlarda Qarabağa səfər edəcək”.



