https://525.az/img/pics/medium/2024-04/310997_ohb5q239fl.jpg "Xaricdə təhsil üzrə Dövlət Proqramı gənclərin inkişafına möhtəşəm dəstəkdir"
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2024-04/310940_g7iz93metw.jpg Tariximizdən bir yarpaq: İrəvan xanı Hüseynəli xanın naxçıvanlılara məktubu
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
search
23 Aprel 2024

“Syomin Azərbaycan millisinin baş məşqçiliyinə əsas namizəddir”

“Syomin Azərbaycan millisinin baş məşqçiliyinə əsas namizəddir”

"Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə əsas namizəddir.

Qol.Az-ın məlumatına görə, bu barədə xəbəri Rusiyanın "İzvestiya" qəzeti yayıb.

Təcrübəli mütəxəssis özü xəbəri şərh etməyib. O qeyd edib ki, hazırda bütün diqqətini çalışdığı "Qəbələ" klubuna yönəldib: "Azərbaycan çempionatında "Neftçi" və "Qarabağ"la birgə yüksək yerlər uğrunda mübarizə aparırıq. Ümumi götürdükdə yerli çempionatın səviyyəsi xeyli yaxşılaşıb. İnfrastruktur və maliyyə baxımından da klublar yaxşı səviyyədədir. Bu ölkəyə xeyli səviyyəli futbolçular və tanınmış məşqçilər gəlir. Düşünürəm ki, Azərbaycan çempionatı MDB ölkələri sırasında Rusiya və Ukraynadan sonra üçüncü pillədə qərarlaşıb”.

Syominin rəsmi nümayəndəsi Dmitri Səlyuk isə təcrübəli mütəxəssisin Azərbaycanı seçməsini düzgün addım olduğunu bildirib:

"Azərbaycan Futbol Federasiyasının Syomini milli komandanın baş məşqçi vəzifəsinə namizəd görməsi təəccüblü deyil. Onun işi təqdir olunmalıdır. Syomin daha əvvəl turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandada əla nəticələr qazanır. Onun rəhbərliyi altında komanda artıq yüksək yerlər uğrunda mübarizə aparır. Yuri sübut etdi ki, təkcə böyük klublarda deyil, eyni zamanda kiçik ölkənin, heç bir uğuru olmayan komandada da işləmək öz səmərəsini verir. Düşünürəm ki, Syomin Azərbaycan millisini çalışdırmaq variantını nəzərdən keçirəcək, ancaq məncə, o klubdakı işinə üstünlük verəcək".

Qeyd edək ki, millimizin hazırkı baş məşqçisi Berti Foqtsun AFFA ilə müqaviləsi başa çatmaq üzrədir. AFFA İcraiyyə Komitəsi yaxın günlərdə millimizə baş məşqçinin təyinatı məsələsinə baxacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.