https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

UEFA “Qalatasaray” - "Yuventus" matçı ilə bağlı qərarı açıqladı

UEFA “Qalatasaray” - "Yuventus" matçı ilə bağlı qərarı açıqladı

Çempionlar Liqasının qrup mərhələsində bu gün keçirilməsi gözlənilən "Qalatasaray" - "Yuventus" matçı yenidən təxirə salına bilərdi.

Qol.Az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, bu gün İstanbul şəhərinə yenidən qar yağacağı gözlənilirdi.

"Qarşılaşmanın saat 15:00-a (Bakı vaxtı ilə saat 17.00) təyin edilməsinin səbəbi indiki halda həmin saatda havanın ən yüksək dərəcədə olması ilə əlaqədardır. Ancaq bu gün hava yenidən kəskinləşə bilər" – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, oyunun keçirildiyi "Türk Telekom Arena"nın yerləşdiyi ərazidə yağıntı daha çox olur: “Üstəlik stadionun istilik sistemi də yaxşı işləmir. Əgər onlar işləsəydi, matç rahat oynana biləcəkdi”.

"Qalatasaray"ın mətbuat xidmətinin rəhbəri Şükrü Ergin isə qarşılaşmanın bir qədər gec başlamasını da mümkün hesab edib: "Hava şərtlərinə görə matç Türkiyə vaxtı ilə saat 16:00-da da (Bakı vaxtı ilə saat 18:00) başlaya bilər. Amma əgər meydança matçın keçirilməsi üçün əlverişli olmasa, o zaman UEFA qarşılaşmanın başqa stadionda keçirilməsini istəyəcək”.

Lakin UEFA nümayəndələri matçın bu gün keçirilib-keçirilməyəcəyi ilə bağlı yekun qərarı açıqlayıblar. Matçın baş tutacağı "Türk Telekom Arena"nın ot örtüyünü nəzərdən keçirən UEFA nümayəndələri və hakimlər oyunun qaldığı yerdən davam etdirilə biləcəyini deyiblər.

Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" matçı dünən əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı. Oyun 32-ci dəqiqədə dayandırılmışdı.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.