Prezident İlham Əliyev Prezidentin Xüsusi Mühafizə İdarəsinin rəisi Bəylər Əyyubovu təltif edib.
525.az-ın məlumatına görə, bununla bağlı imzalanan sərəncamla Bəylər Həsən oğlu Eyyubova general-polkovnik hərbi rütbəsi verilib.
Prezidentin digər sərəncamları ilə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini Akif İsaxan oğlu Yusifova general-mayor, İslam Ağaqulu oğlu Ələkbərova general-leytenant, Mürsəl Əli oğlu Vəliyevə general-leytenant hərbi rütbəsi verilib.