|
|
|
|
Türkiyənin məşhur sənətçisi Adnan Şənsəs vəfat edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 78 yaşlı müğənni xəstəxanada dünyasını dəyişib.
O, ötən gün saat 22:30-da həyatını itirib. Təxminən 3 ildir ki, mədə xərçəngi xəstəliyindən əziyyət çəkən sənətçi vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Səhər saatlarında nəfəsalma problemləri yaşayan Adnan Şənsəs elə axşam saatlarında tənəffüs çatışmazlığından vəfat edib.