https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

Məşhur güləşçi rəsmən Azərbaycan yığmasında!

Məşhur güləşçi rəsmən Azərbaycan yığmasında!
Qadın güləşi üzrə bolqarıstanlı 2 qat olimpiya mükafatçısı Stanka Zlateva Azərbaycanın sərbəst güləş üzrə yığma komandası ilə birgə məşq edəcək.

Lent.az-ın məlumatına görə, 31 yaşlı pəhləvan hazırda millimizdə baş məşqçi postunu tutan şəxsi məşqçisi Simeon Şerevin rəhbərliyi altında hazırlıq keçəcək.
 
Bu barədə Bolqarıstanın gənclər və idman naziri Mariana Georgiyeva yerli mətbuata açıqlama verib. O bildirib ki, Zlatevanın Azərbaycanda hazırlığı ilə bağlı bütün xərcləri rəhbərlik etdiyi nazirlik öz üzərinə götürüb: “Stanka yenə Bolqarıstan millisinin şərəfini qoruyacaq. Amma o, şəxsi məşqçisi Şerevin rəhbərliyi altında məşq etmək istəyir. Biz də razılıq verdik və lazımi məbləği Bolqarıstan Güləş Federasiyasının hesabına köçürəcəyik”.
 
Qeyd edək ki, 72 kq çəki dərəcəsində yer alan Stanka Zlateva 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub. O, həm də 5 qat dünya və 5 qat Avropa çempionudur. Daha öncə Zlatevanın 1 milyon avro qarşılığında Azərbaycan millisinə keçəcəyi bildirilirdi.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.