Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri "First İnternational Musical Virtual Festival Competition İsrael Gates of Hope" beynəlxalq müsabiqəsində iştirak edərək uğur qazanıblar.
Beynəlxalq müsabiqələr laureatları, IV sinif şagirdləri Gülüstan Mirzəyeva və Xəlil Mütəllibov İsrail, Avstraliya, Amerika, Rusiya, Ukrayna gənc ifaçılarının qatıldığı müsabiqədə fortepiano dueti nominasiyasında 14-16 yaş qrupu arasında çıxış ediblər.
Onların ifaları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və 1-ci yerə layiq görülüb.
Müsabiqənin münsiflər heyətində dünyaca məşhur musiqiçilər təmsil olunublar.