|
|
|
|

Cəmiyyət
müxtəlif neqativ hallardan, çeşidli iddialardan, rəngarəng özbaşınalıqlardan xali deyil və hər cür qanun pozuntusu elə qanun çərçivəsində hüquqi qiymətini alır. Ağsaqqal-ağbirçək nüfuzunun qorunduğu ailə mühitində isə övlad aldığı yüksək tərbiyə sayəsində xoşagəlməz fikirlərdən uzaq dayanır. Mənəvi-psixoloji cəhətdən hələ tam formalaşmamış gənc nəsillər yaşlılardan aldıqları öyüd-nəsihət hesabına səhv yoldan imtina eləyirlər. Mən hələ xalqımızın həyat tərzindən irəli gələn çılğınlığı və emosionallığı, bəzən xırda narazılıq üzündən illərlə davam edən qarşıdurma və münaqişələri demirəm. Adətən əksər hallarda həmin gərginliklərə heç bir hüquq-mühafizə qurumlarına ehtiyac olmadan, ağsaqqal sözü, ağbircək örpəyi vasitəsiylə nöqtə qoyulmurmu? Məhz belə ziyalılardan biri də Zaqatala Ağsaqqallar Şurasının sədri, ömrünün 70-ci zirvəsini adlayan İsa Əhmədovdur.İsa
müəllimi 25 il öncədən - mən bir məktəbli kimi rayonun ictimai həyatına qatıldığım, onun isə partiya komitəsində təlimatçı işlədiyi vaxtlardan tanıyıram. Sonradan taleyimi jurnalistika ilə bağlayacağıma qərar verib, yerli qəzetdə məqalələrlə çıxış etməyə başlayanda o da rayon mətbəəsinə direktor təyin olundu. Hələ bir müddət rəhbərlik etdiyi həmin müəssisədə çapçı kimi də çalışdım. Beləcə, tədricən ünsiyyətimiz sıxlaşdı, iç dünyasına yaxından bələd oldum. Elə xarakterində yüksək qiymətləndirdiyim cəhətlər də hədsiz təmkini və uzaqgörənliyi idi. Azərbaycanımızın müstəqilliyə yenicə qədəm qoyduğu illərdə necə çətinliklərlə üzləşdiyi, hansı təlatümləri keçirdiyi müasirlərimizin yaxşı yadındadır. Bu sıraya müdrik rəhbər yoxluğunu, əhalinin demək olar ki, başsız şəkildə siyasi möhtəkirlərin və cümləpərdazların ümidinə qaldığını da əlavə etsək, mənzərə daha tünd çalarlar alar. İndi həmin vəziyyətdə otuza qədər millətlərin və azsaylı xalqların yurd-yuva saldığı, zaman-zaman da Rusiyadan millətçiliyin körükləndiyi sərhəd bölgəsini təsəvvürünüzə gətirin. Bax, həmin durumda İsa Əhmədov cəsarəti, vaxtında doğru qərar verməsi, ağıllı məsləhətləri, sadə insanlara doğmalığı ilə kütlələrin ön cərgəsində idi. İnsanların "ura psixologiyası"na çox meyl etdiyi, toplaşıb dəstə-dəstə müxtəlif aksiyalara can atdığı dövrlərdə onun xalqın önünə çıxması, dalğalanan ümmana birbaşa müraciəti neçə-neçə gənci ölümdən və qırmızı imperiya zindanlarından qurtardı desək, yanılmarıq.Əlbəttə
, ağsaqqalın el-oba arasında sahibləndiyi hörmət, əxz etdiyi bilik və bacarıq heç də təsadüfi yox, doğulub böyüdüyü ailədə aldığı tərbiyənin, ömrü boyu oxuyub öyrənməyin, keçdiyi yollarda qazandığı təcrübənin bəhrəsi sayılmalıdır. Mərhum atası Məhəmməd kişi də dövrünün sayılıb-seçilən adamlarından idi. Camaat ona bir ümid, pənah yeri kimi baxır, çoxsaylı gözlənti və umacaqla qapısına üz tutardılar. İstər kənddə, istərsə də rayon mərkəzindəki evləri daim qonaq-qaralı olardı. İsa müəllim özü də lap yeniyetməliyindən yurd-yuva həsrətinə tuş gəlib, Vətən nisgili yaşayıb. Hərbi xidmətə Zaqatalanın dağlar qoynunda yerləşən Baş Suvagil kəndindən getsə də, qayıdanda doğma ocağı yerində görməyib. Dəli-dolu sellər bir gecənin içərisində həmin əraziləri süpürüb aparmışdı, sakinlər arasında tələfat vardı. Sonradan Əhmədovlar da digər saxur ailələri kimi nisbətən aranda yeni məskənə köçürüldülər və indiki Yeni Suvagil kəndi belə yarandı.O
zamandan ata evinin yerlə-yeksanının ağrısını bildiyindən, köç məşəqqətiylə üzləşdiyindən, 1988-ci ildən açıq müstəviyə keçən xain erməni separatizminə qarşı haqq səsini ucaldıb, bədnam qonşuların təcavüzü nəticəsində yurdundan didərgin düşüb Zaqatalada məskunlaşmış soydaşlarımızın da dərdinə şərik çıxıb, Ermənistandan və Qarabağdan olan məcburi köçkünlərin problemləriylə yaxından maraqlanıb. Elə 2012-ci il mayın 7-də şimal-qərb bölgəsində təbiətin növbəti şıltaqlığı baş verəndə də zərərçəkənlərin, zəlzələ nəticəsində ev-eşiyi dağılanların yanındaydı. Əhalinin maddi və psixoloji zərbə aldığı həmin günlərdə necə sarsılmışdısa, dövlət qayğısı sayəsində təmənnasız olaraq tamamilə yeni mənzillərin tikilib istifadəyə verildiyi tarixlərdə də sevincinin həddi-hüdudu yox idi. Hətta cənab prezidentə və nazirə məktub vasitəsilə sonsuz təşəkkürünü çatdırmağı da unutmamışdı.İ
.Əhmədov keşməkeşli, lakin şərəfli ömür yolunun 70-ci dolayını arxada qoydu. Ancaq yenə də əsl vətənpərvər coşqusu və vətəndaş mövqeyi ilə ön cərgədədir. Azərbaycan Ağsaqqallar Şurasının son qurultayından, millət vəkili Fəttah Heydərovun quruma sədr seçilməsindən sonra bu qeyri-hökumət təşkilatında aparılan köklü dəyişikliklər onu xeyli ruhlandırıb. O, respublikamızda gedən inkişaf, Azərbaycanın tezliklə dünyanın qüdrətli dövlətləri sırasında möhtəşəm yerini tutması üçün bir vətəndaş olaraq öz töhfələrini vermək arzusundadır.Arzuların
çin olsun, 70 yaşın mübarək!Qurban
CƏBRAYIL


