|
|
|
|

“Popol VUH” Mayaların müqəddəs kitabının adıdır. Anlamı “Zamanların kitabı, və ya “Hadisələrin kitabı” deməkdir.17-ci əsrdə qərb dillərinə tərcümə edilib. Kitabın “Əkizlərin ilahiləşməsi” hissəsində belə bir beyt var:
Səhv olan şeyləri
doğru göstərir,
İnsanları aldatmaq üçün
çaşdırırdılar.
Bu beytin nə vaxt yazıldığı müəyyən deyil. Bəlkə də min illərdir Mayaların dilində olan bu sözlər göz yummaq, gerçəyi saxlamaq, aldatmaq üçün səy göstərənləri deşifrə etmək məqsədilə deyilib. Bu o deməkdir ki, dünyada hər şey dəyişsə də “aldadan insan“ əsla dəyişməyib.
Aldadan insan hər dövrdə, hər ölkədə, hər şəhərdə, hər kənddə, hətta hər evdə var. Aldadan insan bəzən qardaşını, bəzən dostunu, bəzən arvadını, kimi zaman da özünü aldadar.
Son dövrlər hər yerdə “kimliklə aldatma“ da dəb bir halını alıb. Kimisi: “Əslində Türkiyədə türk deyə bir millət yoxdur!“ deyərkən, kimisi də “Əslində yalnız Türkiyədə deyil, dünyada da türk yoxdur!“ demək cəsarətini göstərməyə başlayıb.
Sovetlər Birliyi məhkəmələri “türk“ deyəni ən ağır günahkar olaraq mühakimə edər, Sibirə sürgünə göndərərdi və insanlar qorxu içində yaşaya-yaşaya sanki “türk“ deməyə unutmaq halına gəlmişdilər.
İndi də eyni vəziyyət Türkiyədə yaranmağa başlayıb. Bir türk məmləkətində türkə hücum, türkü alçaltmaq və türkü yox saymaq dəb olub. Bu vəziyyət təəssüf ki, yalnız Türkiyə ilə də məhdudlaşmır. Türkiyənin ətrafındakı məmləkətlərdə də türk yox sayılmağa başlayıb.
... “Doğan Burda” nəşriyyatının çap etdiyi “Atlas tarix“ jurnalının 24-cü sayı xüsusi olaraq Qafqaz köçünün 150-ci ilinə həsr olunub. Dərgidə ruslar tərəfindən 150 il əvvəl Qafqazdan Anadoluya zorla köç etdirilən ləzgilərin dramları detallı bir şəkildə qələmə alınıb. Amma o köçlər, qırğınlar yazıya alınarkən nədənsə Qafqazda yaşayan xalqların sayına görə ən üstün olan türklər gözardı edilib. Hətta yazar Murat Papşu Qafqazdakı xalqlara türk deyilməsinin günahını türk milliyyətçilərinə yükləyir: “Türk milliyyətçi ənənəsi Qafqazı və tarixini azərbaycanlılar və digər türk mənşəli xalqlar üzərindən türkləşdirir”.
Halbuki heç bir ağlı başında yazar nə ləzgilərə, nə də çeçenlərə türk deməyib və deməz də. Yalnız Anadolu xalqı özündən bildiyi müsəlman olan hər xalqa türk deyib ki, bu da geniş bir kimlik təyin tərifidir və məncə də, doğrudur. Çünki avropalı da xristianlıqdan dönüb müsəlman olan hər kəsə “türk oldu“ deyib. Bu gün serblər da boşnaklara “boşnak“ deməz, “türk“ deyərlər.
Bu tanımanın altında bir qəsd axtarmaq necə bir məntiqin məhsuludur, anlamaq mümkün deyil.
Yazarın ikinci səhvi isə Qafqazda yaşayan milyonlarla türkü qafqazlı saymaması və Qafqazın yeganə sahibinin ləzgi, çeçen kimi xalqlar olduğu intibasını verməsidir. Ona görə “azərbaycanlılar coğrafi olaraq Qafqazda yaşasalar da, Qafqaz xalqları olaraq görülməzlər“.
Onların Qafqaz xalqları olaraq görülməmələrinin hikməti bir yana, ruslarla etdikləri mübarizələr də inkar edilməkdə və bu döyüşlərin yalnız ləzgi və çeçenlər tərəfindən icra edildiyi israrla bəlirtilməkdədir. Yazarın ruslarla illərcə mübarizə edən Azərbaycan türklərinin tarixini oxumadığı və ya oxuyub da əhəmiyyət vermədiyi açıqca bəllidir.
Hətta yazısının ortasına qoyduğu və Artur Tsutsıeve aid xəritədə Qafqaz regionunda ən kiçik xalqlar var, amma nədənsə türklər yoxdur. Məsələn, Azərbaycan torpaqları olan Nuxa, Şamaxı, Quba, Bakı kimi şəhərlər xəritədə yer almaqda, amma başqa xalqların yaşamaqda olduğu kimi göstərilməkdədir. Bu xalqların “tatlar“ olduğu xəritədə bəlirtilməkdədir. Xəritənin şərh hissəsində isə sarı rənglərin hakim olduğu yerlərdə bir lütf olaraq „azəri, Şirvan ( Bu nə deməksə ), Dərbənd türkləri“ ifadəsi yer alıb. Digər tərəfdən xəritədə Azərbaycan torpaqlarının yarıdan çoxunda ləzgi və avarların yaşadıqları yazılır.
Elmdə bu qədər tərəf tutulması düşündürücüdür. Türkləri davamlı irqçiliklə günahlandıran digər xalqlara mənsub araşdırmaçıların öz kimlikləri söz mövzusu olduğunda başqa xalqları yox sayması nə qədər “elmidir“, bunun mühakiməsini oxuculara buraxmaq lazımdır.
Bu cür yanıltmalar, tərəfli nəşrlər və əskik araşdırmalar təəssüf ki, son dövrlər baş alıb getməkdədir. Qarsda nəşr olunan bir qəzetin araşdırmaçısı da Konstandinos adlı birini qaynaq göstərərək bu əsrin başında, yəni 1914-cü ildə Qars şəhərində 112 min erməninin, 75 min rumun və 3 min də azərbaycanlının yaşadığını yazaraq bu qədər rumun indi harada olduğunu sual edir. Sayı 3 minə salınan qarslı azəriləri (!) deyil də, yoxdan var edilən 75 min rumu axtarmağın bir zərəri yox, amma indi mən rus tədqiqatçı İ.Şopeninin yazdıqlarına əsaslanaraq, 1852-ci ildə İrəvanda 81 749 müsəlmanın yaşadığını və bunların harada olduqları barəsində xəbər alsam, görəsən irqçi olacağam?



