
Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad Kabaklı "Yaşayan Dədə Qorqud" və "Türk Dünyasına üstün xidmət" mükafatlarının sahiblərini açıqlayıb.
Türk Ədəbiyyatı Vəqfi İdarə Heyətinin oktyabrın 10-da "Xüsusi Gündəm" toplantısında qəbul etdiyi qərarla 2018-ci ildən bu yana Türk Dünyası nəzdində verilən mükafata bu il Azərbaycanın Xalq şairi, ömrü boyu Türk mədəniyyətinə xidmət edən, SSRİ zamanında belə bütün təzyiqlərə baxmayaraq, milli ruhu yenidən diridən, milli köklər üzərində qurduğu əsərləriylə gənc nəslə türk kimliyini aşılayan Sabir Rüstəmxanlı layiq görülüb.
Vəqfin bu il birincisi veriləcək "Türk Dünyasına üstün xidmət" mükafatının ilk laureatı isə Avropa Birliyi başda olmaqla, qatıldığı bütün platformalarda Türk Dünyasının "Qarabağ", "Kipr", "Krım", "Axıska", "Kərkük", "Şərqi Türküstan" kimi qanayan yaralarını gündəmə gətirən, zülə məruz qalan hər bir türkün, müsəlmanın dərdini dilləndirən Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva seçilib.
ŞAHANƏ



