|
|
|
|
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Respublikasına səfərə gəlib.
525.az APA-ya istinadən xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
525.az APA-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti sabah Bakıda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak edəcək.
Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutur.
Səfər zamanı Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq platformalarda dəstəklənməsi ilə bağlı birgə addımlar, iki qardaş ölkə arasında mövcud əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.
Səfər çərçivəsində aktual beynəlxalq və regional məsələlər barəsində fikir mübadiləsi aparılacaq. Eyni zamanda, ikitərəfli əlaqələrə dair müxtəlif anlaşma və memorandumların imzalanması da planlaşdırılır.