|
|
|
|
İkinci Qarabağ müharibəsinin iştirakçılarının döyüş xatirələrini dinlədikcə qazandığımız bu parlaq qələbənin çox çətin və şərəfli yoldan keçdiyi bir daha öz təsdiqini tapır.
Bu qələbə yolunda mübarizə aparmış müsəlləh əsgərlərimizdən biri də Vəlibəyli Orxan Rövşən oğludur.
Vətən müharibəsinin qazisi Orxan Vəlibəyli 1990-cı il 30 iyun tarixində Bakı şəhərində anadan olub. O, ali təhsilini bitirib, hərbi xidmətə yollanıb.
Milli Ordu sıralarında xidmətini başa vurduqdan sonra isə DGK Şimal Ərazi Baş Gömrük idarəsində çalışmağa başlayıb.
İkinci Qarabağ savaşı başlananda könüllü olaraq cəbhəyə yollanıb. Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa şəhərinin işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak edib.
Hər iki ayağında qəlpələr qalan qazimiz bildirib ki, Şuşa yaxınlığında yaralandıqdan sonra hərbi hospitala yerləşdirilib:
"Hospitalda olarkən hərbçi yoldaşlarımdan xəbər aldım ki, 1 dekabrda Laçın rayonu təhvil verilərkən bizim komanda da ora gedəcək. Mən də məzuniyyət almamış, sənədlərimi götürməmiş oradan qaçıb Laçına getdim. O torpaqlara ayağımı basanda sanki bütün arzularıma çatdım. Ona görə yox ki, ən birinci gedən mən oldum. Mən öz torpağıma gedib çıxa bildiyimə görə sevindim".
525.az qazimiz haqqında videoreportajın tam formasını təqdim edir: