“Dünyanın bir nömrəli gündəminə çevrilmiş pandemiya davam etməkdədir. Tibb işçilərimiz bu xəstəliklə ön xətdə mübarizə aparmağa davam edirlər”.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən birifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinib (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, həkimlərimiz 44 gün boyunca vətən müharibəsində də çalışmışlar:”Bu zaman şəhid olan həmkarlarımız var”.