|
|
|
|
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika Respublikası (CAR), Mozambik və Botsvanaya rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, səfər çərçivəsində E. Məmmədyarovun CAR, Mozambik və Botsvananın rəsmi şəxsləri ilə görüşləri və ikitərəfli əməkdaşlığın inkişafına dair sənədlərin imzalanması nəzərdə tutulur.