|
|
|
|

“STEAM təhsilinin nəticələri artıq görünməyə başlayıb. Şagirdlər beynəlxalq olimpiadalarda və texnoloji yarışlarda daha çox uğur qazanır; Məktəblərdə layihə mədəniyyəti genişlənir; Universitetlər yeni mühəndislik və texnologiya proqramlarında daha hazırlıqlı tələbələrlə qarşılaşır; Gənclərdə elmə maraq artır və bu da ölkənin innovativ inkişaf potensialını daha da gücləndirir”.
Təhsil eksperti Əmrah Həsənli bunu 525.az-a söyləyib. Ekspert qeyd edib ki, STEAM Azərbaycanın 5 illiyi sadəcə bir tarix deyil bu, yeni düşüncə tərzinin, yeni məktəb mədəniyyətinin və gələcəyin təhsil modelinin möhkəmlənməsinin göstəricisidir:
“Bu modelin genişlənməsi ilə Azərbaycanda daha yaradıcı, daha bacarıqlı və daha qlobal baxışlı bir nəsil yetişəcəyinə tam əminik".
Sevinc Qarayeva



