|
|
|
|

Yeni mövsümə hazırlıqlarını Ankarada davam etdirən “Turan Tovuz” bu gün ikinci yoxlama matçına çıxıb.
525.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyənin “Fatih Karagümrük” klubu ilə qarşılaşıb. 1-ci liqa təmsilçisi ilə görüş 11:1 hesabı ilə yekunlaşıb. Tovuz klubunun qolunu İbrahima Vadji vurub.
Qeyd edək ki, “Turan Tovuz” Ankara hazırlığı çərçivəsində artıq bir oyun keçirib. Komanda İranın U-21 yığması ilə heç-heçə edib – 1:1.



