|
|
|
|

Bu günə qədər Azərbaycanda payızlıq taxıl sahələrinin 92 %-də biçin başa çatıb.
525.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargah məlumat yayıb.
Mövsüm ərzində 883 995 hektar sahədə biçin aparılıb, bu sahələrdən 3 038 467 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,4 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sent/ha çoxdur.
İndiyədək mexanizatorlar tərəfindən 404 326 hektar buğda, 479 669 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 491 990 ton buğda, 1 546 477 ton arpa yığılıb. Buğda sahələrinin 88 %-də, arpa sahələrinin isə 95,6 %-də biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,9 sent/ha, arpa üzrə isə 32,2 sent/ha təşkil edir.
Artıq 20 rayonda - Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Naftalan, Göyçay, Kəlbəcər, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şuşa, Tərtər, Ucar və Yevlaxda biçin tam yekunlaşıb, respublikanın 22 rayonunda - Ağdam, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Şabran, Füzuli, Goranboy, Xaçmaz, İmişli, İsmayıllı, Qax, Qazax, Qəbələ, Oğuz, Saatlı, Samux, Şəki, Yardımlı, Zaqatala və Zərdab rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.



