|
|
|
|

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqustun 14-ü saat 10:00-da Göyçay rayon Heydər Əliyev Mərkəzində Mingəçevir şəhəri və Göyçay, Ucar, Yevlax, Ağdaş, Kürdəmir, Zərdab rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
525.az-a bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlayaraq avqustun 13-dək qəbula yazıla bilərlər.
Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.



