|
|
|
|

Bakı Dövlət Universiteti (BDU) iyulun 28-də abituriyentlər üçün “Açıq qapı” günü elan edir.
Universitetdən 525.az-a bildirilib ki, “BDU könüllüləri”nin təşkilatçılığı ilə keçiriləcək “Açıq qapı” günü çərçivəsində universitetin fakültə və ixtisasları haqqında ətraflı məlumat veriləcək, beynəlxalq əlaqələri, əməkdaşlıq imkanları, tələbə həyatı və sosial mühitlə bağlı məlumatlandırıcı infosessiya, tədris və elmi infrastrukturla tanışlıq turu, əlavə sualları cavablandırmaq üçün sual-cavab sessiyası təşkil olunacaq.
Tədbirdə iştirak üçün qeydiyyat link vasitəsilə aparılır.



