|
|
|
|

Bu gecə İllinoys ştatının Çikaqo şəhərində naməlum şəxslər arasında atışma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində 6 nəfər yaralanıb.
Onlardan 2-i qadın, 4-ü isə kişidir. Yaralılar dərhal xəstəxanalara yerləşdiriliblər, həyati təhlükə olmadığı bildirilir.
Yerli polis idarəsindən verilən məlumata görə, Qumboldt-park adlanan ərazidə baş verən atışmanın motivləri, həmçinin iştirakçıları bəlli deyil. Cinayətkarların axtarışı üçün əməliyyat tədbirləri aparılır.
Xatırladaq ki, dünən Siettldə, "Seattle Center" mərkəzində qida festivalı zamanı da atışma baş vermiş, 3 nəfər həlak olmuşdu. 2 nəfər arasında baş verən zamanı 2 cinayətkarın biri həbs olunub, digəri axtarışdadır.
L.Tağıyeva



