|
|
|
|

Futbol üzrə dünya çempionatının final matçının baş hakimi olmuş sloveniyalı Slavko Vinçiç karyerasını bitirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sloveniya Futbol Federasiyası məlumat yayıb.
Futbol Tarixi və Statistikası Beynəlxalq Federasiyası (IFFHS) Vinçiçi bu mundialın ən yaxşı hakimi seçilib. Bundan başqa o, Dünya və Avropa çempionatlarının final mərhələsində iş başında olmuş ən yaxşı referi üçün nəzərdə tutulmuş prestijli Culio Kampanati mükafatına da layiq görülüb.
Qeyd edək ki, Slavko Vinçiç karyerası ərzində 513 rəsmi matçda söz sahibi olub. Bu matçlardan 72-i beynəlxalq müstəviyə, onlardan 6-ı isə dünya çempionatının final mərhələsinə aiddir.
L.Tağıyeva



