|
|
|
|

Elbrus dağında həlak olmuş 3 bosniyalı alpinistin də cəsədi tapılıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya FHN-nin nəzdində fəaliyyət göstərən Elbrus yüksək dağlıq ərazidə axtarış-xilasetmə dəstəsi məlumat yayıb.
Məlumatda cəsədlərin düşürülməsi istiqamətində tədbirlər görüldüyü də bildirilir.
Xatırladaq ki, iyulun 25-də bosniyalı alpinistlərdən biri 5 min metr yüksəklikdə 6 yoldaşının qaldığını, onların özlərini pis hiss etdiklərini məlumat verərək kömək istəmişdi. Xilasedicilər həmin gün 2 alpinistin cəsədini, 1 nəfəri isə sağ tapmışdılar. Qalan 3 nəfərin cəsədi isə bu gün aşkarlanıb.
L.Tağıyeva



