|
|
|
|

Yaponiyanın Baş naziri Sanae Takaiçi iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün Şimali Koreya lideri Kim Çen Inla üzbəüz danışıqlar aparmağa hazırdır.
525.az xəbər verir ki, bu barədə hökumət başçısı parlamentin sessiyasının başa çatması münasibətilə keçirilən mətbuat konfransında deyib.
1970-ci illərdə Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırılan Yaponiya vətəndaşları ilə bağlı problemdən danışan Takaiçi, Baş nazir vəzifəsində olduğu müddətdə bu məsələni həll etmək istəyini bir daha vurğulayıb
"Mən qəti şəkildə başa düşürəm ki, vaxt itirməyə dəyməz. Səlahiyyət müddətim ərzində irəliləyiş əldə etmək və bu məsələni həll etmək istəyirəm. Bu qətiyyətlə, sədr Kim Çen Inla zirvə görüşü də daxil olmaqla, heç bir variantı istisna etmədən, qaçırılma məsələsini mümkün qədər tez həll etmək üçün səylərimi davam etdirmək niyyətindəyəm", - o vurğulayıb.
Takaiçi Kim Çen Inla bir neçə dəfə, o cümlədən 2025-ci ilin sonlarında hökumət başçısı seçildikdən dərhal sonra danışıqlara hazır olduğunu bildirib.
Qaçırılan vətəndaşlar məsələsi diplomatik əlaqələri olmayan iki ölkə arasındakı münasibətlərdə ən həssas məsələlərdən biridir. 2002-ci ildə Pxenyan ilk dəfə 13 Yaponiya vətəndaşının qaçırılmasını etiraf edib və onlardan beşinin vətənə qayıtmasına icazə verib. Qalanları ölmüş elan edilib və qohumlarına həqiqiliyi təsdiqlənə bilməyən qalıqlar göndərilib.
2014-cü ilin may ayında iki hökumət Yaponiya vətəndaşlarının qaçırılması ilə bağlı yeni bir araşdırma aparmaq barədə razılığa gəldi, lakin bu işdə məsul olan komissiya sonradan Pxenyanın təşəbbüsü ilə ləğv edildi.
Pərvanə Sultanova



