|
|
|
|

“Təhsilverənlərin dövrün tələblərinə cavab verməsi üçün onların sertifikasiyasının keçirilməsi olduqca vacib məsələlərdən biridir. Təhsilverənlərin sertifikasiyasının keçirilməsi müəllimlərə müəyyən imkanlar yaradacaq. Bu da müəllimlər üçün olduqca vacibdir”.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bunu 525.az-a bildirib. Cəmiyyət sədri deyib ki, təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesi təqdirəlayiqdir. Çünki dünyanın bütün ölkələrində sertifikatlaşdırma müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanması üçün tətbiq olunur. Azərbaycanda bu prosesə ötən ildən başlanılıb:
“Fikrimcə, zaman-zaman sertifikasiya ilə bağlı qaydalar təkminləşdirilməlidir. Çünki dövr dəyişib. Təhsilverənlər də dövrün tələblərinə cavab verməlidir".
Sevinc Qarayeva



