|
|
|
|

Səudiyyə Ərəbistanı Krallığının hava hücumundan müdafiə qüvvələri son bir neçə saat ərzində Şərq əyaləti və Ər-Riyaddakı neft obyektlərini hədəf almağa cəhd edən bir neçə dronu ələ keçirərək məhv edib.
525.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi sözçüsü general-mayor Turki əl-Maliki bildirib.
General-mayor əl-Maliki deyib ki, bu terror cəhdləri İraq ərazisindən qaynaqlanır və İranın dəstəklədiyi terrorçu milislər tərəfindən həyata keçirilib. O, Krallığın özünü və aktivlərini müdafiə etmək hüququnu, eləcə də uyğun vaxtda və yerdə cavab vermək hüququnu vurğulayıb.
Pərvanə Sultanova



