|
|
|
|

Moskva vilayətində dəhşətli avtoqəza baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza zamanı BMW markalı minik avtomobilində olan 2 nəfər diri-diri yanıb.
Faciə bu gecə Kalujsk yolunda yaşanıb. Yüksək sürətlə qarşı yola çıxan BMW yük avtomobilinə çırpılıb. Bundan sonra motosikletə də dəyən avtomobildə yanğın başlayıb və sürücü ilə sərnişin diri-diri yanıb.
Qeyd edək ki, qəza iştirakçısı olan motosikletin sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
L.Tağıyeva



