|
|
|
|

Rusiyalı Lyudmila Sekriy dünyanın ən gözəl ərli qadını seçilib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı Sekriy Malayziyanın paytaxtı Kuala-Lumpurda təşkil olunan "Missis Dünya 2026" beynəlxalq gözəllik yarışmasında 40 rəqibini qabaqlayaraq qalib olub.
Moskva vilayətinin Vidnoye şəhərində yaşayan Lyudmila 4 uşaq anasıdır. O, bizneslə məşğuldur və tikinti şirkətinə sahibdir.
Yeri gəlmişkən, Sekriy bundan əvvəl Rusiyanın ən gözəl ərli qadını seçilmiş və bu qalibiyyət sayəsində Malayziyadakı yarışa qoşula bilmişdi.
L.Tağıyeva



